Genceliyiq.Tk Четверг, 14.05.2026, 00:07
Gence Avaalari
Menu
Block title
Sosial
sosial
Наш опрос
Оцените мой сайт
Всего ответов: 6
Главная » 2013 » Октябрь » 7 » Internet haqqında Azərbaycanda yazılmış İLK SATİRİK ŞEİR:
19:32
Internet haqqında Azərbaycanda yazılmış İLK SATİRİK ŞEİR:

İnternet haqqında Azərbaycanda yazılmış İLK SATİRA
Bəşərə bəxş eləyib başqa həyat, internet,
Eyləyir yoxsa həyatla zarafat, internet?
Gəldi internet -əzəl fikrimizi çaşdırdı,
Bizi dünyada bu xidmət "qloballaşdırdı”.
O sayaq girdi ki axırda həyat tərzimizə,
Onsuz hər bir işimiz səbrimizi daşdırdı...
Girib internetə, məktub yazıram dost-tanışa,
Tanış olmaq ümidilə çıxıram "axtarışa”.
Mənə təklif edir öz xidmətini hər şəbəkə,
Var klub hər qarışa, sanki giriblər yarışa: - Burdadır sərfəli qiymətlə rahat internet!
Gözümün düşmənidir işləyə internet ləng, Vay o gündən dona ekran - oluram çox diltəng.
Qaralır qan, daralır hövsələ, tutmur səbrim,
Belə anlarda həmişə vururam dostlara zəng: - Var sizin məhlədə sürətdə babat internet?? ...
Neynim? İnternetə oğlum ki salıbdır marağı, Son zamanlar ev-eşikdən kəsilibdir ayağı.
Tərki-dünya kimi üzmüş əlini hər şeydən, Başqa əyləncələr əyləndirə bilmir uşağı –
Uşağı aldı əlimdən, camaat, internet! Bala, "kompüter”in insana ziyandır şüası, Bu klub-zirzəmiyə girmə, ağırdır havası!
Nola, bir gün tuta interneti kəşf eyləyəni – Ananın qarğışı və atanın bədduası! İxtira eyləməyəydi salamat, internet... Görmüşük, işləyər üç-dörd saat insan balası, Yoxsa day sutkada on yeddi saat internet?!
Müəllif: Əvəz Qurbanlı

Просмотров: 525 | Добавил: Genceli | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
ICQ
GIRIW
Valyuta
TƏQVİM
«  Октябрь 2013  »
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
AXTARIŞ
Архив записей
Block title
Copyright MyCorp © 2026
Конструктор сайтовuCoz