Главная » 2013»Октябрь»7 » Ayanla Nadirin dueti Barış Akarsudan oğurlanıb?-VIDEO
20:16
Ayanla Nadirin dueti Barış Akarsudan oğurlanıb?-VIDEO
Müğənni Nadir Qafarzadə və Ayan Babakişiyevanın ifa etdiyi "Sənin üçün” dueti ətrafındakı qalmaqal bitmək bilmir.
Meyxanaçı Samirə aid olan bəstənin türkiyəli mərhum ifaçı Barış Akarsunun "Rüzgar” mahnısına bənzədiyi deyilib.
Müğənni Ayan "Xəzər” telekanalında yayımlanan "Star life” verilişinə müsahibəsində heç bir bənzərlik olmadığını iddia edib:
"Heç bənzərlik yoxdur. Hansı mahnı hit olursa, onun haqqında bu cür söz-söhbətlər çıxarırlar. Sevilən mahnı haqqında belə mənfi fikirlərin deyilməsi adamı yorur”.
Nadir Qafarzadənin prodüseri Rövşən Cəfərov isə oxşarlığı bəstənin Türkiyədə aranjiman olunması ilə əlaqələndirib:
"Sənin üçün” Türkiyədə aranjiman olunub. Buna görə, bəzi yerlərdə bənzərlik ola bilər. Amma eyni mahnı deyil”.